Azərbaycanın stolüstü tennis millisi Qazaxıstana yollanıb

Azərbaycanın stolüstü tennis millisi Qazaxıstana yollanıb. Federasiyadan SİA-ya verilən məlumata görə, təmsilçilərimiz Çimkənd şəhərində təşkil olunan təlim-məşq toplanışında iştirak edəcəklər.

Məşqçilər Fərhad İsmayılov və Ramin Cəfərovun rəhbərliyi ilə Vəzir Allahverdiyev, Nihat Məmmədov, Adil Əhmədzadə, Rüstəm Hacılı, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova və Aylin Əsgərova ustalıq səviyyəsini artırmaq üçün çalışacaqlar. Qazaxıstan millisi ilə bu gün başlayacaq birgə toplanış mayın 31-də yekunlaşacaq.

Qeyd edək ki, bu toplanış qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə