Çempion bu gün Dublində müəyyənləşəcək

UEFA Avropa Liqasında 2023/2024 mövsümünün qalibi bu gün müəyyənləşəcək. SİA xəbər verir ki, turnirin final matçında Almaniyanın "Bayer 04" və İtaliyanın "Atalanta" klubları üz-üzə gələcək.

İrlandiyanın paytaxtı Dublindəki "Dublin Arena"da keçiriləcək matçın start fiti saat 23:00-da səsləndiriləcək. Görüşü rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.

UEFA Avropa Liqası

Final

22 may

23:00. "Atalanta" (İtaliya) - "Bayer 04" (Almaniya)

Hakimlər: İştvan Kovaç, Vasile Marinesku, Ovidiu Artene (hamısı Rumıniya), İvan Krujlyak (Slovakiya).

VAR: Pol van Bökel (Niderland).

İrlandiya, "Dublin Arena" stadionu.

Qeyd edək ki, UEFA Avropa Liqasının son qalibi İspaniyanın "Sevilya" klubu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə