Azərbaycan boksçuları iki medalla dönürlər

Azərbaycan boksçuları Qazaxıstanın paytaxtı Astanada təşkil olunan “Elorda Cup” beynəlxalq turnirini 2 medalla başa vurublar. SİA Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, finalda məğlub olan Murad Allahverdiyev (86 kq) gümüş medal qazanıb.

Məhəmməd Abdullayev (92 kq) isə turniri bürünc medalla bitirib.

Bütün xəbərlər Facebook səhifəmizdə