Azərbaycan və Danimarka futbol sahəsində əməkdaşlıq edə bilər

Azərbaycan və Danimarka futbol sahəsində əməkdaşlıq edə bilər

AFFA-nın prezidenti Rövşən Nəcəflə Danimarka Futbol Assosiasiyasının (DBU) prezidenti və UEFA-nın İcraiyyə Komitəsinin üzvü Yesper Möller arasında görüş keçirilib. SİA milli assosiasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə AFFA və DBU arasında qarşılıqlı əməkdaşlıqla bağlı ətraflı fikir mübadiləsi aparılıb. Əsasən uşaq futbolunun və hakimliyin inkişafı, eləcə də daxili liqaların formatı barədə müzakirələr olub.

R.Nəcəf 2024-cü il Avropa çempionatında keçirəcəyi oyunlarda Danimarka milli komandasına uğurlar arzulayıb. Y.Möller xoş arzulara görə AFFA prezidentinə təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə