Azərbaycanın U-17 millisi Belarusa uduzdu

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ilk oyununu keçirib.

SİA Qol.az-a istinadən xəbər verir ki, milli Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. ABFF Təlim-Məşq Mərkəzində oynanılan görüş Belarusun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan millisinin heyətində yeganə qola 68-ci dəqiqədə penaltidən Ayşən Salamzadə imza atıb.

Turnirin bu gün keçirilən digər oyununda Türkiyə milli komandası Qazaxıstan yığması üzərində 5:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, U-17 turnir çərçivəsində mayın 4-də, Bakı vaxtı ilə saat 13:00-da Qazaxıstanla, 7-də isə saat 12:00-da Türkiyə ilə üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə