Çempionlar Liqası: “Bavariya” - “Real” matçında qalib müəyyənləşmədi

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk görüşlərinə start verilib. SİA xəbər verir ki, birinci oyunda “Bavariya” və “Real Madrid” üz-üzə gəliblər.

Matçda qalib müəyyənləşməyib. Ev sahiblərinin iki qoluna qonaqlar Vinisiusun dublu ilə cavab veriblər - 2:2.

Qeyd edək ki, mayın 1-də yarımfinal mərhələsinin digər oyununda “Borussiya” Dortmundda PSJ-ni qəbul edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə