Çempionlar Liqasının finalına biletlərin qiyməti açıqlanıb. SİA xəbər verir ki, bu barədə məlumat Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) rəsmi saytında dərc olunub. Ən ucuz biletin qiyməti 60 funt-sterlinqə (70 avro) olacaq. Bu bilet iki finalçı komandadan birinin azarkeşləri üçün olacaq.
Ümumi ictimaiyyətin üzvləri mövcud 86.000 yerdən 60.000-ni tuta biləcəklər. Finala çıxan komandaların azarkeşlərinə 25 min yer ayrılacaq. Ümumi ictimaiyyətin üzvləri minimum 160 funt-sterlinqə (təxminən 187 avro) bileti ala biləcəklər. Bu, 3-cü kateqoriyadır. 2-ci kateqoriya biletin qiyməti 430 funt sterlinq (təqribən 502 avro) olacaq. 1-ci kateqoriya biletin qiyməti 610 funt sterlinqdir (təxminən 712 avro).
Çempionlar Liqasının finalı 2024-cü il iyunun 1-də Londondakı (İngiltərə) “Uembli” stadionunda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB