Gürcüstan millisi ilk dəfə Avropa çempionatına vəsiqə qazanıb

Gürcüstan millisi ilk dəfə Avropa çempionatına vəsiqə qazanıb

Bu il Almaniyada təşkil olunacaq Avropa çempionatına vəsiqə qazanan son üç iştirakçıdan biri məlum olub.

SIA xəbər verir ki, pley-off mərhələsində Gürcüstan və Yunanıstan üz-üzə gəlib. Əsas və əlavə vaxtda qapılara qol vurulmadığı üçün görüş penaltilər seriyasına gedib. Burada daha dəqiq oynayan gürcülər tarixində Avropa çempionatına vəsiqə qazanıb - 4:2.

Qeyd edək ki, Uels - Polşa və Ukrayna - İslandiya oyunlarından sonra Avropa çempionatına vəsiqə qazanan son yığmaların adlarına aydınlıq gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə