"Bəxtimiz gətirdi ki, "Qarabağ" yaranan bütün fürsətlərdən istifadə edə bilmədi" - Xabi Alonso

"Bəxtimiz gətirdi ki, "Qarabağ" yaranan bütün fürsətlərdən istifadə edə bilmədi" - Xabi Alonso

"Bilirdik ki, bizi çətin oyun gözləyir. İlk hissə bizim üçün yaxşı keçmədi. Lakin ikinci hissədə oyuna yaxşı başladıq. Nəticə ürəyimcədir. Çalışacağıq ki, ikinci oyunda qələbə qazanaq". SİA xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçirilən "Qarabağ" - "Bayer 04” oyunundan sonra təşkil edilən mətbuat konfransında rəqib komandanın baş məşqçisi Xabi Alonso deyib.

Baş məşqçi bildirib ki, komandanın birinci oyunda məğlubiyyətə uğramağına fokuslanmır: "Bu, futboldur. Hər şey ola bilər. Biz Bakıda güclü "Qarabağ"ı gördük. Açığı gələn oyunda nə olacağı barədə bir ehtimalım yoxdur. Hər iki komanda da böyük səbirsizliklə gələn həftəni gözləyirik".

Qurban Qurbanovla olan münasibətindən danışaraq qeyd edib ki, bunun oyuna heç bir təsiri olmayıb: "Oyuna yalnız futbolçular təsir göstərə və nəticəni yalnız onlar dəyişdirə bilirlər. Qarabağın bəxti gətirmədi və nəticədə biz hesabı 2:2 edə bildik. Çünki Ağdam klubu yaranan fürsətlərdən istifadə edə bilmədi və biz bunları dəyərləndirdik".

"Mən Azərbaycanda ən güclü komanda olaraq "Qarabağ"ı tanıyıram. Bunun ən gözəl sübutu elə bugünkü oyundur. Çünki "Qarabağ" sona qədər mübarizə apardı",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə