Gəncə Futbol Akademiyasının açılış tarixi bəlli olub

Gəncə Futbol Akademiyasının açılış tarixi bəlli olub

Gəncə Futbol Akademiyasının açılış tarixi bəlli olub. SİA-nın əldə etdiyi məlumata görə, tədbirin növbəti həftə baş tutacağı gözlənilir.

Sabah AFFA İcraiyyə Komitəsinin Gəncədə iclası olacaq. Qurum rəsmiləri akademiyaya baxış keçirəcəklər.

Qeyd edək ki, Gəncə Futbol Akademiyası AFFA-nın dəstəyi ilə inşa edilib. Açılış ilk olaraq yanvarın 11-nə planlaşdırılsa da, sonradan təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə