"Liverpul" "Bayer"in baş məşqçisi Xabi Alonsonu komandanın baş məşqçisi postuna dəvət etməkdə maraqlıdır.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə məşhur jurnalist Florian Plettenberq məlumat yayıb. Onun sözlərinə görə, İngiltərə klubunun rəhbərliyi artıq mümkün əməkdaşlıqla bağlı ispan mütəxəssisin nümayəndələri ilə əlaqə saxlayıb.

Daha əvvəl "Liverpul"un baş məşqçisi Yurgen Klopp cari mövsümün sonunda klubdan ayrılacağını açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə