İtaliya A Seriyası: "Roma" - "İnter" oyununda qapılara 6 qol vurulub

İtaliya A Seriyası: "Roma" - "İnter" oyununda qapılara 6 qol vurulub

Futbol üzrə İtaliya A Seriyasında XXIV tura start verilib.

SİA xəbər verir ki, turun mərkəzi görüşündə "Roma" və "İnter" komandaları qarşılaşıblar. Görüş Milan təmsilçisinin inamlı qələbəsi ilə yekunlaşıb - 4:2.

Digər qarşılaşmalarda "Latsio" səfərdə "Kalyari"ni, "Empoli" isə "Salernitana"nı 3:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, turnir cədvəlinə 60 xalla "İnter" başçılıq edir. Liderdən 7 xal az toplayan "Yuventus" ikinci, 49 xalı olan "Milan" isə üçüncüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə