...Uduza-uduza gələn komandanın baş məşqçisi, hələ bir, qazanacağı titullardan da danışır..?
Deməli, “Atletik”ə 2:4 hesabı ilə uduzub, İspaniya Kral Kubokundan kənarlaşdırıldıqdan sonra “Barselona”nın baş məşqçisi komandanın rəqabətə davamsız olduğu təqdirdə ayrılacağını istisna etmir.
...Əgər “Barselona” mövsümün sonunda rəqabətədavamlı olmasa... Mən getməli olacam.
Mən harada olduğumu bilirəm. Bu, top klubdur. “Barsa”da titul qazanmalısan, əks halda qovulacaqsan.
Əminəm ki, bu layihənin böyük potensialı var və klubda ən yaxşı gənc futbolçular var.
...Xavi bildirib bunu.
Xatırladaq ki, İspaniya Superkubokunun finalında “Barselona” yanvarın 14-də “Real”a uduzmuşdu – 1:4. Dünən İspaniya kubokunun 1/4 finalında "Atletik"ə uduzdu - 2:4. Lakin maraqlıdır ki, Xavi digər iki titulunu iddia etməkdə davam edir.
Yeri gəlmişkən, Çempionlar Liqasının 1/8-də kataloniyalılar İtaliyanın “Napoli” klubu ilə duel edir.
La Liqada “Barselona” “Jirona”dan səkkiz, “Real”dan isə 7 xal arxadadır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB