Türkiyə Super Liqasında 19-cu tura yekun vurulub

“Kayserispor” evdə “Sivasspor”a, “İstanbulspor” isə lider “Fənərbağça”ya uduzub. “Qalatasaray” da “Konyaspor”la ev oyununda darmadağına sevinib.
Türkiyə Super Liqasında 19-cu tura yekun vurulub

“Kayserispor” evdə “Sivasspor”a, “İstanbulspor” isə lider “Fənərbağça”ya uduzub. “Qalatasaray” da “Konyaspor”la ev oyununda darmadağına sevinib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Hazırda 47 xala malik “Fənərbağça” və “Qalatasaray” şərikli liderliyi davam etdirirlər. “Trabzonspor” 33 xalla üçüncüdür. “Kayserispor”, “Rizəspor” və “Beşiktaş”ın 29, “Adana Dəmirspor”un 28, “Kasımpaşa”nın 26, “Antalyaspor”un 25 xalı var.

Türkiye Super Liqası
19-cu tur

5 yanvar

Qaziantep – Pendikspor 2:2
Qollar: Draquş, 12. O.Özçiçek, 49 – E.Özgənc, 77. E.Yardımcı, 80.

Antalyaspor – Alanyaspor 0:0

Beşiktaş – Kasımpaşa 1:3
Qollar: S.Kılıçsoy, 45+2 – Da Kosta, 41; 80; 83.

6 yanvar

Rizəspor – Hatayspor 2:0
Qollar: Vareşanoviç, 19. Olavoyin, 82.

Başakşəhər – Adana Dəmirspor 0:0

Ankaragücü – Trabzonspor 0:1
Qol: E.Vişça, 30.

Samsunspor – Fatih Karagümrük 1:0
Qol: E.Kara, 84.

7 yanvar

Kayserispor – Sivasspor 1:3
Qollar: Bahoken, 42 – A.Kocaman, 23-öz qapısına. Manay, 90+3-pen; 90+8.

İstanbulspor – Fənərbağça 1:5
Qollar: M.Sarıkaya, 32 – C.Ündər, 6; 34; 44; 46. Dzeko, 45+1.

Qalatasaray – Konyaspor 3:0
Qollar: A.Bardakçı, 63; 90+3. Zaha, 90.

Bütün xəbərlər Facebook səhifəmizdə