Mbappe qərarını verdi

PSJ-nin hücumçusu Kilian Mbappe klubu tərk etməyəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri yerli mətbuat yayıb. Fransız "Real"a keçməyəcək.

Qeyd edək ki, bu mövsüm Mbappe parislilərin heyətində bütün turnirlərdə 22 oyun keçirib, 21 qol vurub və 2 məhsuldar ötürmə edib. Hücumçunun PSJ ilə hazırkı müqaviləsi 2024-cü ilin iyununda başa çatır.

Xatırladaq ki, La Liqada 18 turdan sonra 45 xalla "Real" başçılıq edir. PSJ Fransanın hazırkı çempionudur.

Bütün xəbərlər Facebook səhifəmizdə