Luçesku “Beşiktaş”a rəhbərlik etməkdən imtina edib

Luçesku “Beşiktaş”a rəhbərlik etməkdən imtina edib

Rumıniyalı mütəxəssis, “Zenit”, “Şaxtyor” və Kiyev “Dinamo”larının keçmiş baş məşqçisi Mirça Luçesku “Beşiktaş”a rəhbərlik etməkdən imtina edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə yerli mətbuat məlumat yayıb. 78 yaşlı məşqçi imtinasını mövsümün ortasında yeni komandaya keçmək istəmədiyini, lakin yayda “Beşiktaş”a rəhbərlik etmək imkanını nəzərdən keçirməyə hazır olduğu ilə izah edib.

Qeyd edək ki, Luçesku artıq 2002-2004-cü illərdə "Beşiktaş"ı çalışdırıb. Luçesku Kiyev “Dinamo”sunun baş məşqçi postunu tərk etdiyi noyabr ayından işsizdi.

Bütün xəbərlər Facebook səhifəmizdə