Avstraliyanın “Bervik Siti” klubunun 15 yaşlı futbolçusu Ceremias Spreq dekabrın 20-də infarkt keçirərək futbol meydançasında dünyasını dəyişib. SİA xəbər verir ki, “O, möhtəşəm oğlan idi, futbol üçün yaşayırdı”, – deyə Daily Mail komandanın baş məşqçisi Randal Uorddan sitat gətirir.
20 yaşlı Spreq bu mövsüm “Bervik Siti”nin ehtiyat heyətində kapitanlıq edirdi və əsas komandada oynamaq arzusunda idi.
Dekabrın 22-də Melburnun cənub-şərqindəki Bervik kilsəsində Spreqin şərəfinə xatirə abidəsi ucaldılacaq. Eyni zamanda, onun ailəsinə kömək etmək üçün 11 min avrodan çox pul toplayan “Go Fund Me” səhifəsi yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB