“Yuventus” “Napoli”ni məğlub edib liderliyə yüksəldi

İtaliya A Seriyasının XV turunda “Yuventus” evində “Napoli” ilə qarşılaşıb. SİA xəbər verir ki, oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə nəticələnib.

Oyunda yeganə yolu F.Gatti 51-ci dəqiqədə vurub. Qələbə sayəsində xallarının sayını 36-ya çatdıran “Yuventus” liderliyə yüksəlib. 24 xala sahib “Napoli” 24-cü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə