AFFA rəsmisi "Barselona"nın oyununa təyinat alıb

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva beynəlxalq oyuna təyinat alıb. SİA-nın məlumatına görə, o, Belçikada yerli "Antverpen" və İspaniyanın "Barselona" komandaları arasında gerçəkləşəcək Çempionlar Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turunun oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma dekabrın 13-də Belçikanın Deurne şəhərində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə