"Barselona" bu transferdən pul qazanacaq

"Barselona" yenidən Xuan Murandanın transferindən pul qazanacaq.

SİA-nın “Sport.es”-dən əldə etdiyi məlumata görə, 23 yaşlı müdafiəçi Xuan Muranda "Betis"dən "Milan"a keçdikdə, Kataloniya klubu "rossoneri"nin ödədiyi təzminatın 50 faizini alacaq.

Qeyd edək ki, bu bənd futbolçunun “Barselona”dan “Betis”ə keçdiyi zaman müqaviləyə yazılıb.

Onu da qeyd edək ki, Murandanın transferinin 4 milyon avro dəyərində olacağı gözlənilir.

Yeri gəlmişkən, bu mövsüm Xuan "Betis"in heyətində La Liqada 10 matçda iştirak edib və bir məhsuldar ötürmə edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə