UEFA Rusiya millisini Millətlər Liqasının püşkatma mərasiminə daxil etməyib

Futbol üzrə Rusiya milli komandası Millətlər Liqasının 2024/25 mövsümünün püşkatma mərasimində iştirak etməyəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu qərarı Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) verib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Turnirin püşkatma mərasimi 2024-cü il fevralın 8-də Fransada keçiriləcək. Qeyd olunur ki, qarşıdan gələn mövsümün Millətlər Liqasında 54 komanda iştirak edəcək.

Turnir ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsidir.

Xatırladaq ki, Millətlər Liqası 2018-ci ildə fəaliyyətə başlayıb. Yarışın keçirilməsində məqsəd milli komandalar arasında yoldaşlıq görüşlərini bərabər güclü rəqiblərin iştirak etdiyi rəsmi oyunlarla əvəz etməkdir.

Vaxtilə Portuqaliya, Fransa və İspaniya milliləri Millətlər Liqasında çempion olublar.

...Daha əvvəl Rusiya Futbol İttifaqının mətbuat xidmətinə istinadən xəbər verdiyimiz kimi, ölkəmizin milli komandası Avro-2024-ün seçmə mərhələsinin püşkatma mərasimində iştirak etməyəcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə