AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-dan təyinat alıb. SİA milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Türkiyədə yerli "Beşiktaş" və Belçikanın “Brugge” komandaları arasında keçiriləcək Konfrans Liqasının qrup mərhələsinin V turunun oyununda UEFA Matç Direktoru (UEFA Venue Director) qismində çalışacaq.
Qeyd edək ki, qarşılaşma noyabrın 30-da İstanbul şəhərindəki "Beşiktaş Park" stadionunda gerçəkləşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB