Dünya çempionatında çıxış edən gimnastlarımız Vətənə dönüblər

Böyük Britaniyanın Birminqem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə keçirilən dünya yaş qrupları yarışları və gənclər arasında 1-ci dünya çempionatında uğur qazanmış gənc gimnastlarımız Vətənə qayıdıb. SİA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, yığma komandanın üzvlərindən İbrahim Mustafazadə, Ammar Baxşaliyev, Samirə Hüseynova və Ayan Şabanova sinxron proqramda gümüş, Aleksey Karataşov bürünc medal qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə