Azərbaycanın şahmat yığmaları Avropa çempionatında növbəti oyunlarını keçirib
Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında IV turun oyunları keçirilib. SİA xəbər verir ki, qadın şahmatçılardan ibarət Azərbaycan millisi hesabat turunda Fransa ilə heç-heçə edib. Günay Məmmədzadə qələbə qazanıb, Xanım Balacayeva məğlub olub. Gövhər Beydullayeva ilə Gülnar Məmmədova partiyanı heç-heçə oynayıb.
Kişi şahmatçılardan ibarət kollektiv isə Xorvatiyaya məğlub olub - 1,5-2,5. Yığmanın heyətində Teymur Rəcəbovla Nicat Abasov uduzub, Şəhriyar Məmmədyarov partiyanı qələbə ilə başa vurub. Rauf Məmmədov isə heç-heçəyə razılaşıb.
Bu gün Avropa çempionatında V turun görüşləri keçiriləcək. Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Monteneqro ilə, qadın şahmatçılar isə Almaniya ilə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB