"Yuventus"da yeni müqavilə

Yarımmüdafiəçi Manuel Lokatelli "Yuventus" ilə müqaviləni 2028-ci ilə qədər uzadıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. 25 yaşlı futbolçu ötən yay "Sassuolo"dan "Yuventus"a keçib. Oyunçu əvvəlki iki mövsüm Turin komandasında icarə əsasında çıxış edib.

Qeyd edək ki, ümumilikdə Lokatelli "Yuventus"un heyətində 103 oyun keçirib, 4 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə