"Çövkən üzrə dünya çempionatının Bakıda keçirilməsi tarixi hadisədir" - Elnur Məmmədov

"Çövkən üzrə dünya çempionatının Bakıda keçirilməsi tarixi hadisədir" - Elnur Məmmədov

"Çövkən üzrə dünya çempionatının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində Bakıda keçirilməsi tarixi hadisədir". SİA xəbər verir ki, bu sözləri Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatına və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunacaq Milli Atçılıq Festivalından əvvəl mətbuat konfransında deyib.

E.Məmmədov Azərbaycan Atçılıq Federasiyasına belə tədbir təşkil etdikləri üçün təşəkkürünü çatdırıb: Bu, bizim üçün gözəl şansdır. Atçılıq idman növünə gənclər arasında marağın yaranmasını istəyirik. Burada medianın əhəmiyyəti də önəmlidir. Hər kəsi bayram günündə bu yarışı izləməyə dəvət edirik. Əminəm ki, təşkilati baxımından problem olmayacaq. Bu federasiyanın əvvəlki yarışları necə keçirdiyini görmüşük. İdmançılara uğurlar arzulayıram".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə