"İki ölkə arasındakı əməkdaşlığı gücləndirəcəyik" - Alper Cavit Kabakçı
"Azərbaycan komandası iyul ayında Türkiyədəki yarışlarda iştirak etmişdi. Bu dəfə də biz Azərbaycandayıq. May ayında keçirilən "Prezident Kuboku-2023"dən sonra yenidən Mingəçevirdə olduğuma görə çox şadam. Hər zaman Azərbaycan-Türkiyə qardaşlığını təmsil edərək burada olmaqdan məmnunluq duymuşam". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyə Kanoe Federasiyasının Prezidenti Alper Cavit Kabakçı deyib.
O bildirib ki, hər keçən il həm yarışın keyfiyyəti, həm də iştirakçıların sayı daha da artır: "Cümə günü Azərbaycan Respublikası Gənclər və İdman naziri Fərid Qayıbovun iştirakı ilə Türkiyə Kanoe Federasiyası və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası arasında ortaq əməkdaşlıq protokolu imzalanacaq. Növbəti illərdə bu iki ölkə arasındakı kanoe və avarçəkmə idman növündə əməkdaşlığı daha da möhkəmləndirəcəyik. Bizi qonaq etdikləri üçün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə, eyni zamanda Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına təşəkkür edirəm. Yarışda iştirak edən bütün komandalara uğurlar arzulayıram".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB