“İdmanın müxtəlif növləri içərisində futbol xüsusi rola malikdir“ - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Azərbaycanda dövlət başçısının idmana olan münasibəti bütün dünyaya məlumdur. Cənab Prezident çox nadir prezidentlərdəndir ki, həm də Milli Olimpiya Komitəsinin prezidentidir. Bu idmana, insan sağlamlığına, idmanın bəşəri dəyərlərə verdiyi töhfəyə ölkə başçısının verdiyi qiymətdir. Bu mənada ölkəmizdə bədən tərbiyəsi və idman sahəsinə çox böyük dövlət dəstəyi var”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, idmanın müxtəlif növləri içərisində futbol da xüsusi rola malikdir: “Bu sahədə bir çox məsələlər öz həllini tapıb, yığma komandamız formalaşıb. Düzdür, komandamız uğurları ilə bizi tam sevindirməsə də, irəliləyişlərin olduğu aşkar şəkildə görünür.
Düşünürəm ki, klublarımız həm öz maddi-texniki bazasını, həm oyun səviyyəsindəki inkişafını daha da artıracaq. Ümumiyyətlə idmanda belə bir anlayış var ki, bəzən bir yarış, aylarla davam edən məşqlərdən daha çox xeyirli olur. Bu baxımdan Azərbaycan Kubokunda daha çox komandanın iştirakı ölkəmizdə futbolun inkişafına öz müsbət təsirlərini göstərəcəkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB