Mariya Stadnik mübarizəyə başlayır

Mariya Stadnik mübarizəyə başlayır

Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatı davam edir. SİA xəbər verir ki, bu gün Azərbaycanın daha üç qadın güləşçisi mübarizəyə başlayacaq.

2 qat dünya, 9 qat Avropa çempionu olan Mariya Stadnik (50 kq) təsnifat mərhələsində kubalı Yusneylis Quzmanla üz-üzə gələcək.

Jalə Əliyeva (57) 1/16 finalda kolumbiyalı Andrea Qonzaleslə, Birgül Soltanova (65) isə 1/8 finalda türkiyəli Kadriye Aksoyla qarşılaşacaq.

57 kq-da Alyona Kolesnik təsəlliverici qarşılamada macarıstanlı Tamara Dollakla güləşəcək.

Bu gün həmçinin Maqomedxan Maqomedov (97) finalda Bəhreyn idmançısı Axmed Tajudinovla üz-üzə gələcək.

Xatırladaq ki, buna qədər Azərbaycan güləşçilərindən Osman Nurmaqomedov gümüş medal qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə