Gürcülərin tarixində ən böyük hesablı məğlubiyyət

Gürcülərin tarixində ən böyük hesablı məğlubiyyət

Gürcüstan millisi 2024-cü il Avropa çempionatının qrup mərhələsinin seçmə mərhələsində İspaniyaya böyük hesabla -1:7 hesabı ilə uduzub.

SİA-nın əldə etdiyi məlumata görə, bu məğlubiyyət Gürcüstan millisinin tarixində ən böyük məğlubiyyət olub. Qeyd edək ki, bundan əvvəl Gürcüstan yığması beş top fərqi ilə - Rumıniya (0:5, 1996) və Danimarka (1:6, 2005) ilə görüşlərdə uduzmuşdu.

Bu gün İspaniya yığmasının heyətində Alvaro Morata het-trik edib. Bundan əlavə Daniel Olmo, Niko Uilyams və 16 yaşlı Lamin Yamal fərqləniblər.

Onu da qeyd edək ki, Gürcüstan millisinin müdafiəçisi Solomon Kverkveliya topu öz qapısına vurub.

Gürcüstanda yeganə qolu isə Giorgi Çakvetadze vurub.

Beləliklə, İspaniya A qrupunun turnir cədvəlində ikinci yerə yüksəlib, qrup lideri isə əvvəlki dörd oyunun hamısında qalib gələn Şotlandiyadır.

Yeri gəlmişkən, “Barselona"nın hücumçusu Lamin Yamal İspaniya milli komandasının tarixində ən gənc debütant olmaqla rekorda imza atıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə