Koutinyo da Qətərə yollandı

"Əl Duhail" heyətini yeni futbolçu ilə gücləndirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə yerli mətbuat məlumat yayıb. Qətər təmsilçisi “Aston Villa”dan Filipe Koutinyonu transfer edib. Futbolçu 2023-2024 mövsümünü icarə əsasında bu komandada keçirəcək. 31 yaşlı yarımmüdafiəçi Asiya klubunda 9 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Koutinyo "Aston Villa"nın heyətində 43 oyuna çıxıb və 6 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə