İki türkiyəli üzgüçü "Üçlü tac" keçidini uğurla tamamladılar

“Okeanın bəzi yerlərində dərinliyi 2 min metrə qədər olan yerlərdə bizim ərazimizdə heç vaxt görmədiyimiz balinalar, köpək balıqları və dəniz aslan növləri ilə üzdük, sanki onlara qonaq olduq…"
İki türkiyəli üzgüçü "Üçlü tac" keçidini uğurla tamamladılar

Türkiyəli ultramarafon üzgüçüləri Yasemin Altıntaş və Murat Öz Kaliforniyada "Üçlü tac" keçidlərindən biri olan Katalina (Catalina) kanalını 13 saat ərzində eyni vaxtda üzərək keçiblər.

SİA-nın əldə etdiyi məlumata görə, iki üzgüçü Kaliforniya vaxtı ilə axşam saat 22-də Los-Anceleslə üzbəüz Santa Katalina adasından suya atılıblar.

Quş baxışı ilə 32 kilometr, axınlarla 40 kilometr üzmə məsafəsi olan kanalın sularında tandemdə üzən iki idmançı 13 davam edən çətin mübarizədən sonra “Sacred Cove” adlı körfəzində sahilə çıxıblar.

Üzgüçülük zamanı qayıq və kanoenin müşayiəti ilə gələn Altıntaş və Öz gecə qaranlıqda görünmək və eyni zamanda dəniz canlılarının diqqətini çəkməmək üçün suda qırmızı və yaşıl işıqlardan istifadə ediblər.

Murat Öz üzmənin ən çətin hissəsinin 18-20 dərəcə temperaturda 7 saat davam edən gecə üzgüçülüyü olduğunu deyib: “Okeanın bəzi yerlərində dərinliyi 2 min metrə qədər olan yerlərdə bizim ərazimizdə heç vaxt görmədiyimiz balinalar, köpək balıqları və dəniz aslan növləri ilə üzdük, sanki onlara qonaq olduq… Cümhuriyyətimizin 100 yaşında 2 üzgüçü ilə birlikdə bu çətin yarışı bitirmək məqsədinə çatdığımız üçün xoşbəxtik".

Katalina keçidini tamamlayan 41 yaşlı Murat Öz 365 gündən az müddətdə “Üçlü tac”ı tamamlayan dünya üzrə 10, Türkiyədə isə 5 nəfərdən biri oldu.

Yasemin Altıntaş isə 2022-ci ilin sentyabrında Katalina kanalını keçən ilk türkiyəli qadın idmançı Bengisu Avcıdan sonra bu kanalı keçən ikinci qadın üzgüçü oldu.

İki idmançının tandem qaydalarına uyğun olaraq soyuq dalğalarda bir-birindən uzaqlaşmadan yarışdıqlarını söyləyən Altıntaş deyib: “Quruya yaxınlaşdıqca havadan bizə doğru əsən külək işimizi çətinləşdirdi, amma biz tempimizi qoruduq və 13 saat 4 dəqiqəyə enərək yarışı uğurla başa vurduq."

Qeyd edək ki, Katalina kanalı "Oceans 7" adlı dünyanın ən çətin okean keçidlərindən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə