Azərbaycan - Belçika oyununun hakimləri BƏLLİ OLDU

Azərbaycan - Belçika oyununun hakimləri BƏLLİ OLDU

AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan - Belçika oyunu üçün təyinatlar açıqlanıb. SİA xəbər verir ki, UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, qarşılaşma Serbiyadan olan hakimlər briqadasına həvalə edilib.

FIFA referisi Nenad Minakoviçə yan xətt hakimləri Slobodan Pavloviç və Nikola Boroviç kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Milan Mitiç yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 9-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan - Belçika görüşü saat 17:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə