Ruslar Asiya Oyunlarında iştirak etməyəcəklər. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Onlar bu qərarı texniki səbəblərlə izah ediblər.
“2022-ci ilin dekabrında keçirilən Olimpiya Sammitində müzakirə edildiyi kimi, Rusiya və Belarus pasportlarına malik idmançıların 2023-cü il Asiya Oyunlarında iştirak konsepsiyası işlənib hazırlanıb, lakin texniki səbəblərə görə qeyri-mümkün olub”.
Sport-Express-in yazdığına görə, bu Beynəlxalq Olimpiya Komitəsindən bildirilib.
Onu da qeyd edək ki, bundan əvvəl Rusiya və Belarus Asiya Olimpiya Şurası tərəfindən Asiya Oyunlarında iştirak etmək üçün dəvət alıblar. Turnir sentyabrın 23-dən oktyabrın 8-dək Çinin Hançjou şəhərində keçiriləcək.
Xatırladaq ki, ötən il beynəlxalq idman federasiyalarına müraciət edən Beynəlxalq Olimpiya Komitəsi, onlara Rusiya və Belarus idmançılarını heç bir yarışa buraxmamağı tövsiyə edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB