"Növbəti rəqibimiz kim olsa da, narazılıq bildirməyəcəyik" - Qurban Qurbanov
"Futbolçularımı təbrik edirəm. Baxmayaraq ki bugün gərgin anlar oldu. Nəticə bizim üçün çox vacib idi. Bu gün futbolçular çox əziyyət çəkdilər. Hər birinə təşəkkür edirəm. Problemlərimiz var idi, amma bu oyun bizim üçün çox vacib idi. Mən həmişə qeyd edirəm ki, hər hansı bir səviyyəyə gəlmək asandır, onu əldə saxlamaq çətindir. Bu, bizim üçün çox böyük bir təcrübə oldu. İnanıram ki, qarşıdakı illərdə bu təcrübə futbolçulara böyük kömək olacaq". SİA xəbər verir ki, bu sözləri "Qarabağ" və "Olimpiya" arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında baş məşqçi Qurban Qurbanov deyib.
"Ümumən bütün oyunlara baxsaq, bu qədər müdafiəyə fikir verməmişdik. Öncədən də bildirdiyim kimi, rəqib bu gün böyük riskə atıldı. Amma nəticədə futbolçularımdan narazı olacağım bir durum yoxdur.
Oyuna baxanda futbolçularda təkcə fiziki olaraq deyil, eyni zamanda psixoloji olaraq da yorğunluq görürük. Ailədən uzaq olmaq, tez-tez səfərdə olmaq onların psixologiyasına təsir göstərən amillərdəndir. Amma yenə də onlar çox yaxşı oyun sərgilədilər.
Qarşıdakı rəqibimiz kim olsa da, narazılıq bildirməyəcəyik. Böyük klublar böyük riskdir, amma mənim üçün onlarla yarışmaq da maraqlıdır",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB