İspaniya yığması qadınlar arasında futbol üzrə dünya çempionu olub

İspaniya yığması qadınlar arasında futbol üzrə dünya çempionu olub

Qadınlar arasında futbol üzrə dünya çempionatının finalında İspaniya və İngiltərə komandaları üz-üzə gəlib. SİA-nın xəbərinə görə, İspaniya yığmasının üzvü Olga Carmona Garcia oyunun 29-cu dəqiqəsində komandasını önə çıxarıb.

İspaniyada Jenifer Hermoso oyunun 69-cu dəqiqəsində 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.

Beləliklə, İspaniya 1:0 hesabı ilə İngiltərəni məğlub edərək dünya çempionu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə