İspaniyanın “El Nacional” nəşri xəbər verir ki, “PSJ” klubu hücumçu Ansu Fatinin transferi ilə bağlı “Barselona” ilə danışıqlara başlayıb.
Kataloniyalıların sadəcə 30 milyon avro və 10 milyon bonus təklifindən razı qaldıqları deyilir. 20 yaşlı ispaniyalı futbolçu karyerası boyu zədələrlə mübarizə aparmasına baxmayaraq, Avropanın ən perspektivli gənc oyunçularından biri olaraq qalır.
Bununla belə, parislilər yaş artdıqca zədə problemlərinin aradan qalxacağına inanırlar.
“Fati ilə xoşbəxtəm, o, bu klubun mirasıdır. Daha nə deyəcəyimi bilmirəm. Mən ondan razıyam, o, Barselonanın bu günü və gələcəyidir”.
Qeyd edək ki, “Barselona”nın baş məşqçisi xavi deyib bunu.
SİA-nın ehtimalına görə, Usman Dembelenin “PSJ”-yə keçidindən sonra Ansu Fatinin də Paris klubuna keçidi elə də inandırıcı görünmür.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB