Azərbaycan atıcısı II MDB Oyunlarında yenidən finala yüksəlib - FOTOLAR
Azərbaycan atıcısı Leyli Əliyeva Belarusun paytaxtı Minskdə keçirilən II MDB Oyunlarında yenidən finala yüksəlib. SİA-nın məlumatına görə, o, pnevmatik tapançadan 25 metr məsafəyə atəş açmaqda ən yaxşılar sırasına düşməyi bacarıb.
Gənc atıcı 567 xal toplayaraq buna nail olub.
Qeyd edək ki, Leyli Əliyeva iki gün əvvəl pnevmatik tapançadan 10 metr məsafəyə atəş açmaqda qızıl medal qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB