Ansu Fati “Barselona”dan ayrılmaq istəmir

Ansu Fati “Barselona”dan ayrılmaq istəmir

Kataloniya təmsilçisi “Barselona” bu yay hücumçusu Ansu Fati üçün adı açıqlanmayan bir klubdan 50 milyon avroluq təklif alıb.

SİA-nın əldə etdiyi məlumata görə, ispaniyalı futbolçu "Barselona"da qalmağı çox istədiyi üçün bu təklifə qulaq belə asmayıb.

Mənbə bildirir ki, Ansu hələ də “Kamp Nou”da qalmaq və start heyətində yer almaq üçün mübarizə aparmaqda qərarlıdır.

Yeri gəlmişkən, rəhbərlik digər sövdələşmələri maliyyələşdirmək üçün Fati satmaqdan çəkinməzdi, lakin, qeyd etdiyimiz kimi, oyunçu ayrılmaqda maraqlı deyil.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə