Azərbaycan cüdoçusu Avropa çempionu olub

Azərbaycan cüdoçusu Avropa çempionu olub

Azərbaycan para-cüdoçusu Şəhanə Hacıyeva Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında qızıl medal qazanıb. Milli Paralimpiya Komitəsindən SİA-ya verilən məlumata görə, idmançı 48 kq çəki dərəcəsində birinci yeri tutub.

Bu, Azərbaycan yığmasının qitə birinciliyində əldə etdiyi ilk medaldır.

Bütün xəbərlər Facebook səhifəmizdə