Azərbaycanlı gimnast universiadanı üç medalla başa vurub

Azərbaycanlı gimnast universiadanı üç medalla başa vurub

Çinin Çenqdu şəhərində keçirilən XXXl Ümumdünya Yay Universiadasında bədii gimnastımız Zöhrə Ağamirova daha bir medala sahib çıxıb. SİA xəbər verir ki, idmançımız lentlə hərəkətlərin icrasında bürünc medal qazanıb.

Bununla da bədii gimnastımız Yay Universiadasında çıxışını 2 gümüş və 1 bürünc medalla başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə