“Trabzonspor”un yeni mövsümün hazırlıqlarını davam etdirdiyi Sloveniya düşərgəsində müdafiəçi Hüseyn Türkmen məşq zamanı zədələnib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bud nahiyəsində ağrı hiss edən futbolçunun MRT-də əzələ zədəsi olduğu müəyyən edilib.
"Trabzonspor" Sağlamlıq Şurasının sədri dr.Ahmet Beşir açıqlamasında bunları deyib: “Futbol A komandamızın məşqi zamanı sağ bud nahiyəsində ağrı hiss edən oyunçumuz Hüseyn Türkmenin müayinəsi və MRT çəkilişi nəticəsində sağ budun yuxarı ön nahiyəsində əzələ zədəsi aşkarlanıb. Futbolçumuzun müalicəsi həkim komandamızın diqqət mərkəzindədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB