“Fənərbağça” “Udineze”nin futbolçusunu transfer etdi

“Fənərbağça” “Udineze”nin futbolçusunu transfer etdi

Türkiyənin “Fənərbağça” klubu heyətini yeni futbolçu ilə gücləndirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi İtaliya “Udineze”sinin mərkəz müdafiəçisi Rodriqo Bekaunu transfer edib. Məlumatı klubun saytı yayıb.

27 yaşlı braziliyalı tibbi müayinədən keçdikdən sonra onunla müqavilə imzalanacaq. Anlaşmanın maliyyə tərəfləri barədə məlumat verilməyib.

2019-cu ildən “Udineze”də çıxış edən Bekau keçən mövsüm İtaliya A Seriyasında 28 oyun keçirib, iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb

Bütün xəbərlər Facebook səhifəmizdə