"Kəpəz" daha bir futbolçusu ilə yollarını ayırıb

“Kəpəz” daha bir futbolçusu ilə yollarını ayırıb. SİA xəbər verir ki, müdafiəçi Yusif Nəbiyev Gəncə klubunu tərk edib.

Bu barədə 26 yaşlı cinah oyunçusu özü instaqram səhifəsində paylaşım edib. O, “Hər şeyə görə çox sağ ol, “Kəpəz” yazaraq, komandası ilə vidalaşıb.

Yusif Nəbiyevin karyerasını “Səbail”də davam etdirməsi gözlənilir.

Qeyd edək ki, “Kəpəz” daha əvvəl Mario Mustapiç, Salif Sisse, Nicat Süleymanov, Zamiq Əliyev, Samir Məhərrəmli və Fərid Nəbiyevlə yollarını ayırmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə