İtaliya və İspaniyada mövsüm başa çatır

Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol matçları keçiriləcək. SİA xəbər verir ki, İtaliya A Seriyasında və İspaniya La Liqasında mövsümə yekun vurulacaq. İtaliyada ilk “4-lük”lə bağlı bütün suallar cavabını tapıb. 38-ci tur Avropa və Konfrans Liqası iştirakçılarının dəqiqləşməsi və elita ilə vidalaşacaq son komandanın müəyyənləşməsi baxımından əhəmiyyət daşıyır. Çempion “Napoli” sonuncu pilləni tutacağı dəqiqləşən “Sampdoriya” ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə 20:30-da start götürəcək.

Digər qarşılaşmalar 23:00-da başlayacaqlar.

Çempionlar Liqasında yerini təmin edən “Milan” “Verona”nı sınağa çəkəcək. Bu matç qonaq komanda üçün A Seriyasında qalmaq baxımından əhəmiyyətlidir. Təhlükəli zonada qərarlaşan “Spetsiya” isə “Roma”nı qəbul edəcək. Avropa Liqasında mübarizə aparmaq istəyən və “Yuventus”u 1 xal üstələyən “canavarlar” üçün də bu oyun əhəmiyyətlidir. Konfrans Liqası zonasında olan Turin klubu isə “Udineze” səfərində uğur qazanmağa çalışacaq. “Atalanta” “Montsa”nı qəbul edəcək. İspaniya La Liqasında gümüş və bürünc medalçılar müəyyənləşəcək. “Real Madrid” öz meydanında “Atletik”i sınağa çəkəcək. Hazırda 2-ci pillədə qərarlaşan “kral klubu” qələbə qazanacağı təqdirdə “gümüş” əldə edəcək. Onların həmşəhərliləri “Atetiko” isə “Vilyarreal”ın qonağı olacaq. “Hindular” həm özləri qələbə qazanmalı, həm də “Real Madrid”in uğursuzluğuna ümid etməlidirlər. Hər iki matçın start fiti saat 20:30-da səslənəcək. Çempionluğu bir neçə tur əvvəl rəsmiləşdirən “Barselona” son turda “Elçe”ni sınağa çəkəcək. Bu görüş saat 23:00-da başlayacaq. Türkiyə Super Liqasında bu gün İstanbul derbisi baş tutacaq. Çempionluğu rəsmiləşdirmiş “Qalatasaray” öz meydanında “Fənərbağça” ilə qarşılaşacaq. Saat 20:00-da start götürəcək oyundan sonra “Qalatasaray”a çempionluq kuboku təqdim olunacaq.

Günün maraqlı futbol oyunları 4 iyun İtaliya A Seriyası

20:30. “Napoli” - “Sampdoriya”

23:00. “Milan” - “Verona”

23:00. “Roma” - “Spetsiya”

23:00. “Atalanta” - “Montsa”

23:00. “Udineze” - “Yuventus”

İspaniya La Liqası

20:30. “Real Madrid” - “Atletik”

20:30. “Vilyarreal” - “Atletiko”

23:00. “Barselona” - “Elçe”

Türkiyə Super Liqası

20:00. “Qalatasaray” - “Fənərbağça”

Bütün xəbərlər Facebook səhifəmizdə