“SƏS” Media Qrupunun təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə və Milli Qurtuluş Gününün 30 illiyinə həsr olunan KİV komandaları arasında keçirilən mini-futbol üzrə “Xatirə Kuboku” turnirində bu gün I dövrəyə yekun vurulub.
SİA xəbər verir ki, bu gün turnirdə üç oyun keçirilib. Bakı vaxtı ilə saat 12:00-da start verilən ilk turda APA İA və "Teleqraf" MQ mübarizə aparıb. Matçda 5:2 hesabı ilə APA İA qələbə qazanıb. Turnirin ikinci oyunu isə AzTV və Xəzər TV komandaları arasında baş tutub. 4:2 hesabı ilə AzTV oyunun qalibi olub. Sonuncu matçda isə AzərTAC və Report İA qarşı-qarşıya gəlib. AzərTAC komandası hesabı 8:2 edərək qalibiyyət əldə edib.
Qeyd edək ki, "Xatirə Kuboku" turnirinin növbəti dövrəsi 20-21 may tarixlərində baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB