Karlo Ancelotti mətbuat konfransı zamanı “Barselona”nın La Liqada qalib gələrsə, buna layiq olduqlarını deyib.
“Mən həmişə rəqibin xidmətlərini qeyd edirəm. “Barselona” çoxlu xal toplayıb və lider olmağa layiqdir”. SİA-nın əldə etdiyi məlumata görə, bunu “Real Madrid”in baş məşqçisi bildirib.
Qeyd edək ki, Xavi mətbuat konfransı zamanı nəzakətlə, “Ançelotti haqlıdır: Madrid və “Barselona”nın ustalığına baxsanız, 11 xal fərqi görməyəcəksiniz. Mən onun sözlərini tərif kimi qəbul edirəm - bu mövsüm La Liqada çox şey əldə etdik”-deyə cavab verib.
“Peşəkarlar bilirlər ki, çempionluğu ən yaxşı və güclü komanda qazanır. Pley-off oyunları daha ədalətsizdir. Sözlərinə görə Ançelottiyə minnətdaram”, - deyə Xavi sözlərini yekunlaşdırıb.
Yeri gəlmişkən, “Barselona” növbəti iki görüşdə qalib gəlsə, “Real” isə uduzacağı təqdirdə Barsa vaxtından əvvəl İspaniya çempionu ola bilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB