"Neftçi" səfərdə "Turan Tovuz"la qarşılaşacaq

"Neftçi" səfərdə "Turan Tovuz"la qarşılaşacaq

Futbol üzrə Azərbaycan Kubokunda bu gün yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək. SİA xəbər verir ki, "Turan Tovuz" "Neftçi"ni qəbul edəcək.

Saat 16:00-da start götürəcək qarşılaşmanı Rəşad Əhmədov idarə edəcək.

Komandalar indiyədək ölkə kuboku tarixində üz-üzə gəlməyiblər. Cavab görüşü aprelin 26-da gerçəkləşəcək.

Qeyd edək ki, ilk yarımfinal matçında "Qəbələ" evdə "Səbail"i 3:2 hesabı ilə üstələyib.

Azərbaycan Kuboku

Yarımfinal, ilk oyun

19 aprel

16:00. “Turan Tovuz” – “Neftçi”

Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Vüsal Məmmədov, Tural Qurbanov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Tovuz şəhər stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə