“Fənərbağça” “Beşiktaş”a məğlub oldu

“Fənərbağça” “Beşiktaş”a məğlub oldu

Türkiyə Super Liqasında XXVII tur davam edir. SİA xəbər verir ki, İstanbul derbisində “Fənərbağça” və “Beşiktaş” münasibətlərinə aydınlıq gətiriblər. Birincilərin meydanında keçirilən qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 4:2

Hesabı 41-ci dəqiqədə penaltidən “Fənərbağça”nın futbolçusu Enner Valensiya açsa da, ikinci yarıda Cenk Tosunun dublu, Natan Redmond və Vensan Abubakarın qolları ilə “Beşiktaş” qələbə qazanmağı bacarıb.

“Fənərbağça”nın 2-ci qoluna son dəqiqələrdə İrfan Can Kahveci imza atıb. Qonaq komandada 51-ci dəqiqədə Velinton qırmızı vərəqə ilə meydandan qovulub.

“Beşiktaş” qələbə sayəsində xallarını 52-yə çatdırıb. Üçüncü pillədə qərarlaşan “qara qartal” ikinci “Fənərbağça” ilə fərqi ikiyə endirib. Lider “Qalatasaray”ın isə 63 xalı var.

Bütün xəbərlər Facebook səhifəmizdə