“Mançester Siti” Ansu Fatinı heyətinə qatmaq istəyir

“Mançester Siti” Ansu Fatinı heyətinə qatmaq istəyir

Bu arada “Mançester Siti” “Barselona”nın vingeri Ansu Fati ilə maraqlanır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Football Insider” xəbər verir.

Qeyd edək ki, İngiltərə təmsilçisi futbolçunun aldığı oyun müddətindən dilə gətirdiyi narazılıqdan yararlanmaq istəyir. Təbii ki, transfer ehtimalı Kataloniya klubunun mövqeyindən asılı olacaq.

Xatırladaq ki, bu mövsüm 20 yaşlı Ansu Fati 25 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun "Barselona" ilə müqaviləsi 2027-ci ilə qədərdir.

Yeri gəlmişkən Fatinin transfer qiyməti 35 milyon avrodur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə